Məhkum gizlətdiyi silahı polisə təhvil verib – Foto

  • 12:40 - 24 İyun

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

PX-dan Avropa.info-ya verilən məlumata görə, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Abşeron rayon polis idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mustafayev Kamran Muradəli oğlu Abşeron rayonu Gənclər şəhərciyi yaşayış kompleksində blokun giriş hissəsində gizlətdiyi 01 ədəd lüləsi kəsilmiş ov tüfəngini, 17 ədəd 20 kalibrli gülləni və 01 ədəd süngü bıçağı könüllü olaraq təhvil verib.


Oxunma sayı: 7865

Oxşar yazılar