Qərb mətbuatından İmamoğluna təbrik, Ərdoğana təhqir: "Bu Ərdoğana böyük zərbədir, çünkü İstanbul onun evidir" - Fotolar

  • 12:25 - 24 İyun

23 iyunda baş tutan İstanbul bələdiyyə seçkisi dünya mətbuatında geniş əks-səda doğurub.

Avropa.info xəbər verir ki, nəticələri manşetdə verən xarici xəbər agentlikləri xəbərləri Türkiyə prezidenti Ərdoğanla əlaqələndirərək qalmaqallı şəkildə təqdim ediblər.

“İndepentend” | “İmamoğlu müxalifət lideri”, “İstanbul seçkiləri: Müxalifət partiyası namizədi Ərdoğanın iqtidar partiyasını açıq fərqlə məğlub etdi. CHP namizədi İmamoğlu parlaq qələbə qazandı. Əkrəm İmamoğlu beynəlxalq miqyasda müxalifət lideri olaraq yerini möhkəmlətdi”.

“Guardian: Şəxsi zərbə” |”İstanbulda milyonlarla adam AKP və Rəcəb Tayyib Ərdoğanın üçün ciddi nəticələrə səbəb olacaq seçki üçün seçki qutusuna qayıtdılar. CHP namizədi Əkrəm İmamoğlu 31martda bələdiyyə seçkisində qazandığı qələbədən daha böyük fərqlə Ərdoğanı səviyyəsinə uyğun məğlubiyyətə uğratdı. Bu Ərdoğana dəyən ən böyük şəxsi zərbə oldu”.

“Washington Post” | “İmamoğlunun qələbəsi on illər boyu iqtidar partiyasının nəzarətində olan İstanbulun başqasının əlinə keçməsinə səbəb oldu. Bundan əlavə bu seçki Ərdoğanın siyasi zəfərlərinin başa çatmasını göstərən vacib işarə oldu. Bu itki Ərdoğan üçün olduqca ağrılı idi, belə ki, İstanbul onun evidir. İstanbulda doğulub böyüdü və siyasi həyatı burada başladı. Meqa layihələr üçün bir vitrin idi və iqtidar bu vitrini itirdi”.

BBC | Ana müxalifət partiyası namizədi İmamoğlu mart ayında sürpriz qələbə qazanmışdı. Bugünkü seçkidə səslərin 90%-nin sayıldıqdan sonra həlledici fərqlə irəlidə görünür. İstanbul seçkiləri prezident Ərdoğan üçün sınaq kimi görünür. 

“Deutsche welle” | “Yenidən keçirilən İstanbul seçkisi Ərdoğanın siyasəti və populyarlığını müəyyən edən referendum dəyərində idi. AKP bələdiyyə seçkisi yerlərinin çoxunu qazandığı halda Ankarada olduğu kimi İstanbulda da kürsüsünü itirdi”.

“Al Arabiya” | “İstanbulun bələdiyyə sədri seçildi. İqtidar partiyasının namizədi Binəli Yıldırım məğlubiyyəti qəbul etdi. Dövlətə məxsus “Anadolu” xəbər agentliyi müxalifət namizədi Əkrəm İmamoğlunun 53,69%-lə qazandığını açıqladı. Yıldırım İmamoğlunu təbrik etdi”.

“Al Jazeera” | “AKP namizədi Binəli Yıldırım mübahisəli İstanbul seçkisində məğlubiyyəti qəbul etdi. Yıldırım rəqibi İmamoğlunu təbrik edərək, uğurlar arzuladı. Bilkənt Universiteti Beynəlxalq münasibətlər fakültəsinin professoru Berk Esen seçki nəticələrini “Ərdoğan üçün şəxsi zərbə” kimi qiymətləndirib.

CNN | CNN İnternational Binəli Yıldırımın “Yarışı rəqibimin qazandığı görünür. Onu təbrik edirəm. Bu seçkilər göstərdi ki, Türkiyədə demokratiya işləyir. Ümid edirəm, İmamoğlu xalqa gözəl xidmətlər göstərər. Bu xidmətləri göstərməsi üçün özünə yardım edəcəyik” ifadələri işlədib. Məqalədə “Qəti nəticələr də İmamoğlunun qələbəsini təsdiqləsə, bu Ərdoğana böyük zərbə olacaq. İstanbul Türkiyə prezidentinin karyerasına başladığı yer kimi özü üçün ağır məğlubiyyət oldu” deyilir.

“Le Monde” | “Bu seçki Türkiyə prezidenti Ərdoğan üçün ciddi siyasi maneədir. AKP namizədi Binəli Yıldırım Əkrəm İmamoğluna məğlub olduğunu dedi. Türkiyənin ən varlı və əhalisi çox şəhəri artıq kamalist CHP-nin namizədi İmamoğlunun əlindədir. İmamoğlu Ərdoğana nifrət edən İYİ partiya və HDP-nin seçicilərinə güvəndi və Ərdoğanı ciddi uğursuzluq ilə üz-üzə qoydu”.

“Haaretz” | “İmamoğlu 25 il sonra prezident Rəcəb Tayyib Ərdoğanın partiyasından və ya islamçı olmayan ilk bələdiyyə sədri ola bilmək üçün 12 həftə əvvəlki qələbəsini yenidən qazanmağa çalışdı”.

“The Telegraph” | “Ərdoğanın partiyası mübahisəli İstanbul seçkisini yenidən uduzdu. Mübahisəli yeni seçkidə müxalifət namizədi rahat qələbə qazandı. Tənqidlər Ərdoğanın İstanbulun idarəçiliyini əldən verməkdə istəksiz olduğu yöndədir, çünkiİstanbul böyük iqtisadi gücdür və islamçı təbəqə üçün himayə mənbəyidir. Binəli Yıldırım yumşaq xarakterli Ərdoğan tərəfdarı kimi bazar günü daha yumuşaq tondan istifadə etdi və “Bilərək ya bilməyərə bir səhv etdiksə, ədalətsiz bir şey etdiksə, rəqiblərimiz və istanbullulardan üzr istəyirik” açıqlaması verdi. Ərdoğanın məğlubedilməzlik imicini silkələyən bu seçkidən sonra belə Ərdoğan ölkəsinin maraqlarını qoruyan qəhrəman kimi görünməyə davam edir”.


Oxunma sayı: 11737

Oxşar yazılar