Mingəçevirdə oğul ananı bıçaqlayıb

  • 12:29 - 24 İyun

Mingəçevirdə oğul ananı bıçaqlayıb.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Aydın Məmmədov küçəsi 10/1 ünvanında baş verib.

İlkin məlumata əsasən, ailə münaqişəsi zəminində həmin ünvanda yaşayan oğul 1976-cı təvəllüdlü anası Mustafayeva Vüsalə İman qızını bıçaqlayaraq ağır xəsarət yetirib. Yaralı qadın təcili xəstəxanaya yerləşdirilib. 

Anasını bıçaqlayan şəxs artıq saxlanılıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəhər sakini Tehran saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam edir.


Oxunma sayı: 5401

Oxşar yazılar