Qazaxıstanda hərbi hissədə partlayış - Video

  • 12:12 - 24 İyun

Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin anbarında partlayış baş verib.

Axar.az xəbər verir ki, bu məlumatı Qazaxıstan Daxili İşlər Nazirliyi yayıb. Hadisə yerinə 8 yanğınsöndürmə maşınının cəlb edildiyi vurğulanıb. İnsidentin səhər saatlarında yerli vaxtla 09:20-da baş verdiyi qeyd edilib.

Hərbi hissənin yaxınlığında yerləşən yaşayış məskənlərinin köçürülməsinə başlanılıb.

Faktla bağlı araşdırma aparılır.


NePyBQV8JhU

Oxunma sayı: 5456

Oxşar yazılar