AŞPA-nın yay sessiyası başlayır

  • 24 İyn - 2019

İyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır.

Avropa.info-nun APA -ya istinadən məlumatına görə, sessiya çərçivəsində qadınlara, uşaqlara qarşı zorakılıq, gender bərabərliyi, zehni sağlamlıq sahəsində insan hüquqlarına əsaslanan yanaşma, “2020-2021- ci illərdə Avropa Şurasının büdcə və prioritetləri”, “Suriyadakı vəziyyət: siyasi həll yolu üçün perspektivlər” mövzularında müzakirələr aparılacaq.

Sessiya zamanı Avropa Şurasının baş katibi seçiləcək. Fransanın Avropa məsələləri üzrə dövlət naziri Amelie de Montchalin və Portuqaliya prezidenti Marcelo Rebelo de Sousanın çıxışı gözlənilir.

Həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva sessiya çərçivəsində “Miqrant uşaqlara zorakılıq və istismarın qarşısının alınması” mövzusunda islandiyalı məruzəçi Rosa Bjork Brinyolfsdottir ilə birgə çıxış edəcək.

Qeyd edək ki, yay sessiyası çərçivəsində Avropa Şurasının yaranmasının 70 illik yubileyi də qeyd olunacaq. Sessiya iyunun 28-də başa çatacaq.


Oxunma sayı: 77

Oxşar yazılar