Son dəqiqə : Ərdoğandan İstanbul seçimləri açıqlaması - İmamoğlunu təbrik etdi

  • 21:43 - 23 İyun

"İstanbul Böyükşəhər Bələdiyyə Rəhbərliyi yeniləmə seçki nəticələrinin İstanbulumuz üçün xeyirli olmasını arzulayıram. Milli iradə bu gün bir daha təzahür etmişdir. Qeyri rəsmi nəticələrə görə seçkini qazanan Əkrəm İmamoğlunu təbrik edirəm."

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkəsindəki hesablarından yazıb. Ərdoğan İstanbul seçimlərinə münasibət bildirib.

"Bundan əvvəl olduğu kimi, növbəti prosesdə də ölkəmizin sülh, rifah və sabitliyi məsələsində güzəştə getmədən, Cümhur İttifaqının prinsipləri çərçivəsində, birlik və bərabərlik içində 2023 hədəflərimizə gedəcəyik.

Bu ayın sonu keçiriləcək G-20 Zirvəsi, Çin səfəri və sonra Cənubi Avropa və Balkan Zirvəsi başda olmaqla, Türkiyənin önündəki bütün daxili və xarici məsələlərə, milli maraqlarımız əsasında çalışmağa davam edəcəyik" - Ərdoğan belə yazıb.


Oxunma sayı: 11803

Oxşar yazılar