Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

  • 20:05 - 23 İyun

Monteneqronun Baş naziri Duşko Markoviç Azərbaycana rəsmi səfərə gəlib.

Avropa.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Monteneqronun Baş naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. Azərbaycan və Monteneqronun dövlət himnləri səsləndirilib.


Oxunma sayı: 9691

Oxşar yazılar