Argentinada Prezident postu uğrunda 9 namizəd mübarizə aparacaq

  • 19:37 - 23 İyun

Argentinada Prezident postu uğrunda 9 namizəd mübarizə aparacaq.

APA-nın verdiyi məlumata görə, Prezidentliyə namizədliyin irəli sürülməsi üçün ayrılan müddət artıq başa çatıb.

Prezident postu uğrunda əsas mübarizənin hazırkı dövlət başçısı Maurisio Makri və sabiq prezident Kristina Kirşnerinə yaxın sayılan sabiq baş nazir  Alberto Fernandes arasında gedəcəyi proqnozlaşdırılır.

 

M. Makri və A. Fernandeslə bərabər seçkilərdə hakimiyyəti tez-tez tənqid edən sabiq iqtisadiyyat naziri Roberto Lavanya, ötən seçkilərdə də namizədliyini irəli sürmüş 39 yaşlı siyasətçi Nikolas Del Kano, yeganə qadın namizəd Manuel Kastayera, məşhur iqtisadçı, "Banco Nacion Qomes Senturion" dövlət bankının sabiq vitse-prezidenti  Xose Luis Espert, siyasətçi Alexandro Bondini, sabiq qubernator və senator Xose Romero Feris də iştirak edəcəklər.

Prezident seçkiləri bu il oktyabrın 27-də keçiriləcək.


Oxunma sayı: 9350

Oxşar yazılar