İstanbullular öz bələdiyyə sədrini seçir

  • 10:19 - 23 İyun

İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə səsvermə başlayıb.

Avropa.info xəbər verir ki, əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu arasındadır.

Səsvermə Türkiyə vaxtı ilə saat 08.00-da başlayıb və 17.00-da bitəcək (Bakı vaxtı ilə saat 09.00-18.00).

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə səsvermənin nəticələri AKP-nin ciddi qanun pozuntuları iddiası əsasında Türkiyə Ali Seçki Komissiyasının qərarı ilə ləğv olunub.


Oxunma sayı: 6754

Oxşar yazılar