Onlar Prezidentin əsgərləridir ... - Ruslan Bəşirli güc strukturlarındakı yeni təyinatlardan yazır

  • 17:22 - 22 İyun

"Biz əsgərlərik. Dövlət başçımız uğurla, qətiyyətlə, mətinliklə dövlətimizi irəli aparır və dövlətimiz inkişaf edir. Biz də dövlətimizin başçısının ətrafında daha da sıx birləşərək, Azərbaycanın daha da qüdrətlənməsi və daimi zəfərləri naminə bundan sonra da bütün qüvvəmizlə və fədakarlıqla çalışacağıq, xidmət edəcəyik".

Bu sözləri yeni Müdafiə Sənayesi naziri təyin olunan Milli Qəhrəman, general-polkovnik Mədət Quliyev deyib. Milli Qəhrəmanın açıqlamasında ən önəmli hissə təbii ki, "Biz Prezidentin əsgərləriyik" ifadəsidir. Açıqlamanın zamanlaması da doğru seçilib. 

Zəifləmiş və marginallaşmış müxalifətin artıq yox olma həddinə gəlib çatmış protest eloktoratı ətrafında saxlamaq üçün, uzun illər söykəndiyi bir təbliğat müddəası vardı. Hakimiyyət daxilində parçalanma olacaq, mərkəzdənqaçma tendensiyası güclənəcək və sairə kimi cəfəng, eyni zamanda utopik nəzəriyyələrlə əsaslandırılmağa çalışılan primitiv fiksiya. 

Hərçənd müxalifət bəzi illərdə daha irəli gedərək və təbii ki, protest elektorata oynayaraq hakimiyyət daxilində parçalanmanın olması haqda iddialar da irəli sürürdü. Rəngli, məxməri, Yaxın Şərqdə baş verən inqilablar zamanı müxalifət öz təbliğatının sadəcə illuziya olduğunu bildiyi halda etirazçı eloktaratı aldatmağa çalışırdı. Nəticə göz önündədir, postsovet ölkələrini bürüyən, "məxməri" inqilab kimi təqdim olunan, əslində isə modern dövlət çevrilişləri Azərbaycandan yan keçdi. Səbəb çox sadədir, hakimiyyət monolitdir, xaricdən idarə olunan bu tip modern çevriliş cəhdləri xalqadan dəstək ala bilməzdi. Sonrakı illərdə müxalifətin Yaxın Şərqdə baş verən inqilabları da Azərbaycanla bağlama cəhdləri xalq tərəfindən acı gülüşlə qarşılandı.

Artıq partiyaçılıqdan marginal qruplara çevrilmiş müxalifət isə yenə də köhnə şakərindən əl çəkmirdi. İdeyalar, arqumentlər, təbliğatın əsasları bitib, dövr də, siyasi situasiya da dəyişib. Lakin, Azərbaycan müxalifəti diqqətini uzaq Venesuelaya yönəldərək, "Venesueladan sonra növbə bizimdir" deyəcək qədər ironik bir duruma düşür. Venesuelada  xaricdən idarə olunan müxalif parlament sədrinin hökumətə qarşı çıxmasını Azərbaycanla əlaqələndirmək və bundan nəticələr çıxararmaq öz tərəfdarlarını yumşaq formada desək aldatmaqdan başqa bir şey deyil. Ki, müxalifət illərlə bu bərbad təbliğat üslundan istifadə etdi. Nəticə isə göz önündədir. 

Hakim komanda isə konkret mesaj verir: "Biz Prezidentin əsgərləriyik". Bu mesajın dərin qatlarında isə "Biz monolitik, birik, güclüyük, sədaqətliyik..." deyilir. 

Burada ən önəmli mesajlardan biri də sədaqət vurğusunun edilməsidir. Sədaqət anlayışı siyasətin ən önəmli faktorlarındandır. İstənilən dövlət başçısı sadiq komandaya malik olmaq istəyir. Bu bütün ölkələr və dövlət rəhbərləri üçün keçərlidir. 

Nəhayət Prezident İlham Əliyevin iyunun 20-də güc strukturları haqda yeni fərmanı müxalif düşərgənin hakim elitada qarşıdurma və ölkədə sabitliyin pozulması haqda illuziyalarının üstündən birdəfəlik xətt çəkdi. 

Beləliklə, ölkə başçısının güc strukturları haqda fərmanının şərhinə toxunaq. Yazının əvvəlində Milli Qəhrəman, general-polkovnik Mədət Quliyevin fikirlərinə yer verdiyimiz üçün, ilk növbədə onun Müdafiə Sənayesi naziri vəzifəsinə təyinatı haqda yazaq. 

Mədət Quliyev güc strukturlarında ən sədaqətli, etibarlı, eyni zamanda tutduğu vəzifələri bacarıqla yerinə yetirən generallardan hesab olunur. Onun davam edən karyerası əsasən iki hissədən ibarətdir. Mərhum Prezident Heydər Əliyevin və hazırkı Prezident İlham Əliyevin hakimiyyəti dönəmi. 

 

Картинки по запросу Mədət Quliyev hərbi geyim

 

1993-cü ildə mərhum Prezident Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra, ölkədə cinayətkarlığa, separatizmə qarşı aparılan mübarizədə  Mədət Quliyev önəmli rol aldı. Mədət Quliyev həmçinin xaricdən idarə olunan dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında da yüksək məharət göstərib. Məhz bu səbəbdən də mərhum Prezident Heydər Əliyev tərəfindən Mədət Quliyevə 1995-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Mədət Quliyev hakim komandada "çətin vəzifələrin adamı" kimi tanınır. Onun karyerasına nəzər yetirdikdə problemlərin çox olduğu yerlərə təyin edildiyini və təyinat aldığı dövlət strukturlarını qısa bir zamanda dirçəltdiyini görürük. Məhz bu səbəbdən də karyerası ərzində mütəmadi olaraq bir vəzifədən digərinə təyinat alır.

Mədət Quliyev DTX rəisi işlədiyi 3 il yarım ərzində Eldar Mahmudov çetesinin yarımcan vəziyyətinə saldığı, korrupsiya, rüşvət, qanunsuz həbslərlə ad çıxaran təhlükəsizlik orqanlarını yenidən təşkil edə bildi. Eyni zamanda təhlükəsizlik orqanlarının üzərində Eldar Mahmudov dövründən qalma mənfi imici dəyişməyi bacardı. Mətbuatla təmaslardan çəkinmədi. DTX-ya gənc kadrların cəlb olunması ilə yanaşı, Mahmudov dövründə işlərindən azad edilmiş professional cekstlərin yenidən  təhlükəsizlik orqanlarına cəlb edilməsinə nail oldu. 

Prezident bu dəfə DİN-də, Ədliyyə Nazirliyində, DTX-da etmadı doğrultmuş, hakimiyyətə sədaqətlə və şərəflə xidmət etmiş Mədət Quliyevə yeni vəzifə verdi. Müharibə şəraitində olan Azərbaycanın hərbi sənaye kompleksinin formalaşdırılması ən starateji vəzifələrdən biridir. Və bu vəzifəni Prezident məhz  Mədət Quliyevə həvalə etdi. 

DTX rəhbərliyinə isə təcrübəli cekist, general Əli Nağıyev gətirildi. General Əli Nağıyevin SSRİ DTK-sından başlayan və Mahmudov çetesinin dövründə müvəqqəti dayanan cekist karyerası var. Milli Təhlükəsizlik nazirinin müavini olan Əli Nağıyev Eldar Mahmudovun qanunsuz əməlləri ilə barışmadığı üçün, bu vəzifədən  getdi. 

 

Картинки по запросу Əli Nağıyev

 

Nazir müavini olduğu dövrdə mahmudovçuların korrupsiya əməllərinə, sahibkarlardan təhdidlər pul alınmasına biganə yanaşa bilməyən Nağıyev həyatının böyük bir hissəsini qaniçən  Eldar Mahmudova qarşı mübarizədə keçirdi. General Nağıyev sonrakı illərdə Baş Prokurorluğda çalışsa da, Eldar Mahmudov uzun illər ona qarşı təxribatçı planlar qurmaqla məşğul oldu. Lakin, günün birində Mahmudov törətdiyi qanunsuzluqların bədəlini ödəmək məcburiyyətində qaldı. Və budur, Prezident  İlham Əliyev Əli Nağıyevin peşəkarlığını , sədaqətini qiymətləndirərək onu yenidən xüsusi xidmət orqanlarına qaytardı. İndi generalın qarşısında mühüm vəzifələr durur. 

Prezidentin fərmanında ən diqqət çəkən məqam isə 25 il Daxili İşlər naziri vəzifəsində çalışan Ramil Usubovun Azərbaycan Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında qərarı oldu. 

 

Картинки по запросу Ramil Usubov

 

Qətiyyətlə söyləmək olar ki, general Ramil Usubov ölkənin ikinci müstəqilliyi dövründə Azərbaycan polisini təşkil edən şəxsdir. Azərbaycanda polisinin yeni dövrü onun adı ilə bağlıdır. Ramil Usubov həmçinin həm mərhum Prezident Heydər Əliyevə , həm də Prezident İlham Əliyevə sədaqətli ilə fərqlənib. Ölkənin ən təlatümlü günlərində DİN rəhbəri vəzifəsinə gətirilən Usubov dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında müstəsna rol oynayıb. 

25 il DİN-ə rəhbərlik edən Ramil Usubova Prezident tərəfindən daha bir mühüm vəzifə həvalə olundu. Usubov kimi təcrübəli bir şəxsin Təhlükəsizlik Şurası kimi önəmli bir məqama gətirilməsi  risqlərin minumuma endirilməsi baxımından önəmlidir. Təhlükəsizlik Şurasının katibi bütün güc strukturlarının, xarici işlər nazirinin fəaliyyətini kordinasiya edəcək. Bu həqiqətən də önəmli bir vəzifədir. 

Ramil Usubovun yerinə illərlə onun təcrübəsini qazanan, müavini Vilayət Eyvazov gətirildi. General Eyvazov Ramil Usubovun kadrı kimi tanınır.

 

Картинки по запросу Vilayət Eyvazov

Onun ölkə rəhbərliyinə sədaqəti isə dartışma mövzusu belə ola bilməz. Karyerası boyunca polisdə çalışan və vəzifə pillələrində durmadan yüksələn Vilayət Eyvazov 2003-cü ilin oktyabrında  iğtişaşların qarşısının alınmasında böyük rol oynayıb. Eyni zamanda daha gənc yaşlarında OMON-un hərbi çevriliş cəhdinin yatırılmasında da iştirak edib.

Beləliklə, Prezident İlham Əliyev güc strukturlarının işinin daha da gücləndirilməsi üçün, bu fərmanları verdi. Prezidentin son 2 ildə etdiyi çıxışlarda bölgədə baş verən proseslərə diqqət ayırdığını görərik. Həqiqətən də bölgəmizdə yeni risqlər var, təhlükələr isə hər zaman mövcuddur. 

Azərbaycan hakimiyyəti hər zaman bu risqləri dəyərləndirərək, təhlükəsizlik və sabitliyin qorunması yönündə önəmli addımlar atıb. Bu gün bölgədə tək sabit ölkə Azərbaycandır. Sabitlikdə isə inkişaf vardır.

Ruslan Bəşirli /Avropa.info/


Oxunma sayı: 11154

Oxşar yazılar