III Avropa Oyunlarının ev sahibi məlum oldu

  • 13:20 - 22 İyun

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarına ev sahibi müəyyənləşib.

Qitəmiqyaslı multiidman yarışı Polşanın Krakov şəhərində baş tutacaq.
Bu barədə qərar Avropa Olimpiya Komitələrinin (AOK) Belarusun paytaxtı Minskdə keçirilən növbədənkənar Baş Assambleyasında verilib. Tədbir iştirakçıları Avropa Oyunları-2023-ə yeganə namizədi dəstəkləyiblər.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda təşkil olunub. II Avropa Oyunları isə hazırda Belarusun paytaxtı Minskdə keçirilir.

APA


Oxunma sayı: 13618

Oxşar yazılar