Bakıda və Minskdə Avropa oyunları – Analiz və müqayisə

  • 11:30 - 22 İyun

Dünən Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarının təntənəli açılış mərasimi keçirildi.

Avropa.info Media.az-a istinadən xəbər verir ki, tədbirdə 50 ölkənin 4 minə yaxın idmançısı iştirak edib.

Gözlənildiyi kimi, Belarus estafeti Bakıdan (Avropa Oyunları ilk dəfə Bakıda keçirilib) aldı və tədbiri yüksək səviyyədə keçirmək üçün əlindən gələn hər şeyi etdi. Amma necə deyərlər, hər şey müqayisə ilə üzə çıxır. Ya dörd il əvvəl Bakıda keçirilən idman bayramında yaranan hisslər yaddaşlarda təzədir, ya da adi idman həvəskarı da iki Avropa Oyununun təşkilatçılığında fərqi dərhal hiss edir. İstər-istəməz Avropa Oyunlarının hər iki variantını müqayisə etməyə başlayırsan.

Yəqin ki, ilk növəbədə tədbirlərin miqyası diqqəti cəlb edir və bu ən yaxşı halda rəqəmlərlə əks edilir.

Yarışlar

Dörd il əvvəl Bakı 30 idman növündə idman yarışlarını təşkil etmək üçün (yəqin ki, oxucular Avropa Oyunları üçün açılan stadion və arenaları xatırlayır) mümkün olan və olmayan hər şeyi etdi. Bununla Bakı o dövrdə bir çoxuna adi görünən idman hadisəsini Olimpiya səviyyəsinə qaldırdı. İlk növbədə bu oyunlara 253 medal qazanıldı.

Təəssüflər olsun ki, Avropa Oyunları Minskdə daha sadə keçiriləcək və burada tədqim edilən idman növlərinin sayı iki dəfə azalaraq 15-ə endirilib. Bu dəfə biz qılıncoynatma, su idman növləri, taekvando, triatlon və voleybol (çimərlik voleybolu da daxil) oyunlarını izləyə bilməyəcəyik. Təbii ki, bu, idmançıların uğrunda mübarizə aparacağı mükafat sayına da təsir edəcək. Bu dəfə cəmi 199 komplekt medal qazanılacaq.
İdman növlərinin sayının azaldılması bir çox idman həvəskarını məyus edəcək, amma etiraf etmək lazımdır ki, yəqin ki, Minskin belə qərar qəbul etməyə ciddi səbəbləri olub.  İstisna deyil ki, Belarus İkinci Avropa Oyunlarını qəbul edəcəyini çox gec, yəni 2016-cı ilin sonunda öyrəndi. Ən yaxşı halda isə hazırlığıa 2.5 il vaxt qalmışdı.

İnsanlar

Yuxarıda verilən məlumatlardan da aydındır ki, idman yarışlarının və növlərinin sayı Avropa Oyunlarında iştirak edən idmançıların da sayına təsir edib. Məsələn, I Avropa Oyunlarında Bakıda 6.067 idmançı iştirak etmişdi. Onlardan 285-i Azərbaycanı təmsil edirdi. 5.782 idmançı isə xarici ölkələrin nümayəndələri idi.

Minskdə isə idmançıların sayı demək olar ki, iki dəfə azaldı. II Avropa Oyunlarında 3.667 idmançı iştirak edib. Onlardan 221-i ev sahibi ölkəni, 3.446 idmançı isə xarici ölkələri təmsil edir.

Əhatə dairəsi

Minskdə 250 min biletdən cəmi 160 mini satıldı. Bundan başqa, açılış mərasimini izləyən rəsmi şəxslər də Bakıdakı kimi mötəbər şəxslər deyildi. Təəssüflər olsun ki, bir çox dövlət başçısı bu və ya digər səbəbdən açılış mərasimində iştirak etməkdən imtina edib.

Bakıda isə boş yer yox idi, Oyunların keçirildiyi il turizmdə ciddi canlanma var idi və hamı yaxşı xatırlayır ki, nə qədər turist gəlmişdi və paytaxtımızı çox bəyənmişdi.

Avropa Oyunlarına görə Bakıda 145 ölkədən 1.7 milyard (Yer əhalisinin üçdə biri!) insan müşahidə olunub. Oyunlar Avropanın 38 telekanalı və digər qitələrin 53 ölkəsinin telestansiyasında yayımlanıb. Beynəlxalq Yayım Şurası 12-28 iyun tarixləri arasında 1000 saat canlı yayım həyata keçirib.

Təbii ki, Minskdəki yarışları izləyənlərin sayı bir az gec məlum olacaq. Nəticə necə olsa da, səmimi qəlbdən Belarusa uğur və yaxşı idman yarışları arzulayırıq. Eyni zamanda Avropa idman bayramına yenidən nəzər salmağa yaratdığı imkana görə təşəkkür edirik! 


Oxunma sayı: 6853

Oxşar yazılar