Hədə-qorxu ilə 14 min manat istədi, polis saxladı

  • 11:27 - 22 İyun

İyunun 20-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakini A.Qasımov 2018-ci il oktaybr ayının 15-də hədə-qorxu yolu ilə ondan 13.000 manat pul tələb edildiyini bildirib. 

DİN Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, müraciətlə əlaqədar Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini P.Kərimli A.Qasımovdan 1400 manat pul alarkən cinayət başında yaxalanıb.   

P.Kərimli barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 


Oxunma sayı: 5786

Oxşar yazılar