Mədət Quliyev yeni təyinatından danışdı: "Mən Prezidentin əsgəriyəm..."

  • 23:12 - 21 İyun

"Təyinatlarım həmişə mənim üçün gözlənilməz olub"

Prezident İlham Əliyevin sərəncamı ilə nazir postuna gətirilən Mədət Quliyev yeni təyinatı ilə bağlı musavat.com-a danışıb:

"Biz əsgərlərik. Dövlət başçımız uğurla, qətiyyətlə, mətinliklə dövlətimizi irəli aparır və dövlətimiz inkişaf edir. Biz də dövlətimizin başçısının ətrafında daha da sıx birləşərək, Azərbaycanın daha da qüdrətlənməsi və daimi zəfərləri naminə bundan sonra da bütün qüvvəmizlə və fədakarlıqla çalışacağıq, xidmət edəcəyik".

Mədət Quliyev yeni təyinatının onun üçün gözlənilməz olub-olmadığı barədə sualımıza da cavab verib:

"Ümumiyyətlə, bu günə qədər olan bütün təyinatlarım mənim üçün gözlənilməz olub. Lakin təyinatlarımdan sonra həmişə öz xidmətlərimlə məşğul olmuşam".

Mədət Quliyev təyinat yerində həvəslə işə başladığını deyib:

"Dünya inkişaf edir. Bu sahə dövlət başçımızın xüsusi nəzarətindədir. Prezidentimiz bu istiqamətdə öz tapşırıqlarını verib və biz də onu yerinə yetiririk".

Bu təyinata görə cənab Prezident İlham Əliyevə təşəkkürünü çatdıran cənab Mədət Quliyev deyib ki, Ali Baş Komandanın bu ali etimadını öz xidmətləri ilə yüksək səviyyədə doğruldacaq. Nazir qeyd edib ki, ona tapşırılan sahənin inkişafı, dövlətimizin müdafiəsi və təhlükəsizliyi, milli maraqları üçün bundan sonra da şərəflə Azərbaycana xidmət göstərəcək.     

 


Oxunma sayı: 17457

Oxşar yazılar