Tbilisi qaynayır: etirazçılar 3 saat vaxt verdilər...

  • 22:42 - 21 İyun

Gürcüstan müxalifəti yenidən Tbilisidəki parlament binası qarşısında aksiya keçirir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki,  bunu Avropa Gürcüstanı Partiyasının liderlərindən biri Giqa Bokeriya deyib.

O bildirib ki, aksiya tam dinc xarakter daşıyır  və saat 19:00-da start götürüb: “Baş verənlərdən sonra prosesi dayandırmaq mümkün deyil”.

Bundan əvvəl Gürcüstan parlamentinin deputatları və parlament aparatının əməkdaşları isə qanunverici orqanın binasını tərk ediblər.

Bu barədə deputatlara və əməkdaşlara Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıq edilib. Parlamentdəki jurnalistlər də binadan çıxarılıb.

Aksiyaçılar Daxili İşlər naziri Giorgi Qaxarianın istefasını, dünən keçirilən aksiya zamanı saxlanılan vətəndaşların azadlığa buraxılmasını tələb edirlər. 

Etirazçılar bu tələbin yerinə yetirilməsi üçün üç saat vaxt veriblər.

Qeyd edək ki, ötən gün Rustaveli prospektində minlərlə insan rusiyalı deputatların Gürcüstana səfərinə etiraz edərək aksiya keçirib. Hökumətin istefasını tələb edən aksiya iştirakçıları ilə polislər arasında qarşıdurma yaşanıb. Polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Müxtəlif hüquqpozmalara görə 305 nəfər aksiya iştirakçısı saxlanılıb. 


Oxunma sayı: 12441

Oxşar yazılar