Platininin açıqlaması qalmaqala səbəb oldu – Türkiyənin AÇ ev sahibliyi hüququnu itirməsinə səbəb olmuşdu

  • 16:40 - 21 İyun

Korrupsiya və rüşvət almaqda şübhəli tərəf kimi polis tərəfindən saxlanılıb, sonra polis tərəfindən azadlığa buraxılan sabiq UEFA sədri Mişel Platininın 2022-ci ildə keçiriləcək dünya çempionatının Qətərə verilməsi ilə yanaşı Türkiyənin bir səslə itirdiyi Avro-2016 çempionatı səsverməsi ilə bağlı da ifadə verdiyi ortaya çıxıb.

Avropa.info xəbər verir ki, Mişel Platini səsvermə dövründə Fransa prezidenti Nikola Sarkozini UEFA-nın İdarə Heyətinin 13 üzvü ilə görüşdürmüş, lakin Sarkozinin türkiyəli həmkarı Abdulla Gül üçün görüş təşkil etməmişdi.

İctimai rəydə səslənən fikrin əksinə olaraq Avro-2016 ilə bağlı sualların verildiyini ağzından qaçırmışdı.

Platini xeyli müddət sorğu-sual edildiyini qeyd edərək, Avro-2016, 2018 Rusiya dünya çempionatı, 2022 Qətər dünya çempionatı, PSJ-nin qətərli biznesmenlərinə satılması və FİFA haqda suallar verildiyini etiraf edib.

Fransa və İtaliya yarışan Türkiyə Avro-2016 çempionatının keçirilməsi uğrunda aparılan səsvermədə ev sahibliyini 1 səslə fərqi ilə əldən buraxmışdı. Səsvermənin ilk turunda Fransa 43, Türkiyə 38, İtaliya isə 26 xal toplamışdı. İtaliyanın kənarlaşdırılmasından sonra Türkiyə UEFA-nın İdarə Heyətinin 13 üzvündən 6-nın səsini alaraq 7-6 hesabı ilə Fransaya uduzmuşdu.

Səsvermə zamanı UEFA prezidenti Mişel Platini (Fransa), UEFA İdarə Heyətinin birinci xəzinədarı Şenes Erzik (Türkiyə), UEFA İdarə Heyətinin nümayəndəsi Ciankarlo Abete (İtaliya) üzv ölkələr olduğu üçün səs verməmişdilər.

O zaman İngiltərənin “The Guardian” qəzeti Platinin çempionatı ölkəsinə hədiyyə etmək məqsədilə manipulyasiya etdiyini yazmışdı. 

Mişel Platini o dövrdə verdiyi müsahibədə Sarkozi üçün “Prezidentin burada olması vacib idi. Məncə bura gəlməyə qərar verməsi yaxşı oldu. Gəlməsəydi, Türkiyə qəti şəkildə qazanardı” demişdi.

Türk heyəti isə Nikola Sarkoziyə verilən bu üstünlüyün o dövrün Türkiyə prezidenti Abdulla Gülə verilməməsindən şikayət etmişdi.


Oxunma sayı: 6875

Oxşar yazılar