Taksi sürücülərinə qarşı quldurluq edən şəxslərə hökm oxundu

  • 14:32 - 21 İyun

Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücülərinə qarşı quldurluq etməkdə təqsirləndirilən Rəsul Məmmədov və Ramiq Hüsenzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

APA -nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən R. Məmmədov 9 il, R. Hüsenzadə isə 10 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində baş verib. Qəsəbədə kirayədə yaşayan 22 yaşlı R.Məmmədov otaq yoldaşı, 26 yaşlı R.Hüseynzadə ilə taksi sürücülərini "soymaq" qərarına gəliblər. Onlar iki gün ərzində gecə saatlarında iki avtomobilə müştəri kimi əyləşərək naməlum istiqamətə sürdürüblər. Sonra isə sürücülərə bıçaqla hədə-qorxu gələrək soyğunçuluq ediblər.

R.Məmmədov və R.Hüseynzadə iki avtomobildən, ümumilikdə, 68 manat pul və 3 ədəd mobil telefon götürərək aradan çıxıblar. Abşeron polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər ikisi tutularaq istintaqa cəlb edilib.


Oxunma sayı: 6512

Oxşar yazılar