Rüstəm Usubov Ağstafadakı 4 nəfərin öldürüldüyü güllələnmədən danışdı

  • 15:34 - 20 İyun

Azərbaycanda qətl hadisələrinin sayı ildən-ilə azalır, onların açılma faizi isə yüksəlir.

Avropa.info Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

Onun sözlərinə görə, Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adam öldürmə cinayətləri ilə bağlı daim təhlillər aparılır. Bunun nəticəsində müəyyən profilaktik tədbirlər görülür, təqdimatlar edilir.

R.Usubov Ağstafada insan ölümü və yaralanması ilə nəticələnən hadisə ilə bağlı danışarkən qeyd edib ki, ailələr arasında uzunmüddətli dava olub:

"Vəzifəli şəxslər vaxtı ilə həmin ailələrlə ciddi söhbətlər apararaq onları barışığa dəvət edib. Zamanında buna nail olunmuşdu. Bunun nəticəsində alınan cəzalar azaldılmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, Elnur Süleymanov qisas almaq niyyətinə düşüb və cinayəti törədib. Hazırda Səhiyyə Nazirliyi yaralıların səhhəti ilə məşğul olur".


Oxunma sayı: 5819

Oxşar yazılar