Argentina Amerika Kubokunda autsayder vəziyyətinə düşdü

  • 11:12 - 20 İyun

Braziliyada keçirilən Amerika Kubokunda Argentina-Paraqvay görüşündə 1:1 hesabı qeydə alınıb.

Avropa.info xəbər verir ki, 37-ci dəqiqədə Riçard Sançes Paraqvayı irəli çıxarıb. 20 dəqiqədən sonra Lionel Messi penaltini vuraraq hesabı bərabərləşdirib.
Qrup mərhələsinin birinci turunda Argentina Kolumbiyaya (0:2) hesabı ilə uduzmuşdu. İkinci turdan sonra B qrupunda Kolumbiya 6 xalla birinci, Argentina 1 xalla sonuncudur. 

Qeyd edək ki, Amerika Kuboku KONMEBOL konfederasiyasına daxil Cənubi Amerika ölkələri arasında keçirilir. Turnirdə konfederasiyaya daxil olmayan, qonaq kimi dəvət edilmiş Qətər və Yaponiya da iştirak edir.


Oxunma sayı: 5500

Oxşar yazılar