ABŞ Ermənistana 40 milyon dollar yardım ayırdı - Qarabağ separatçılarını da unutmadı

  • 22:04 - 19 İyun

ABŞ Konqresi Ermənistana ayrılan maliyyə yardımının 40 milyon dollara qədər qaldırılması barədə təklif edilən düzəlişi təsdiqləyib.

Virtualaz.org bildirir ki, 2020-ci fiskal ilində xarici yardım haqqında qanun layihəsinə düzəlişi konqresmen Ceki Spiyer təklif edib.

Onun bu fikrini erməniyönlü konqresmenlər Frenk Pallone və Adam Şif də dəstəkləyiblər.

Nümayəndələr Palatası həmçinin Qarabağda mina təmizləmə proqramları və reabilitasiya xidmətləri üçün 1,5 milyon dollar həcmində yardım ayrılmasını təklif edən düzəlişi də təsdiqləyib. Bu təklifi isə Konqresdə Tice Koks irəli sürüb.

Xatırladaq ki, həm Spiyer, həm də Koks Amerika Erməni Milli Komitəsi ilə çox sıx əlaqələrə sahibdirlər. Üstəlik Spiyer Konqresin erməni məsələləri üzrə komitəsinin həmsədridir.Bu şəxslər bir müddət əvvəl ABŞ-ın Ermənistana yardımlarının 100 milyona çatdırılmasını təklif edən 35 konqresmen arasında yer almışdılar.


Oxunma sayı: 6578

Oxşar yazılar