Hindistanda anomal istilər 92 nəfərin ölümünə səbəb olub

  • 20:55 - 19 İyun

Hindistanın şimal-şərqindəki Bihar ştatında anomal istilər səbəbindən ölənlərin sayı 92 nəfərə çatıb. 

Sinxua agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, son bir neçə həftədir ştatda bu mövsüm üçün xarakterik olmayan isti hava şəraiti hökm sürür. Burada termometrlərin göstəricisi gün ərzində 40 dərəcədən aşağı enmir. İyunun 10-da Nyu-Dehlidə havanın temperaturu Hindistan paytaxtının tarixində ən yüksək göstəriciyə çataraq 50 dərəcəni ötüb. 

Anomal istilər və rütubətli hava şəraiti, eyni zamanda, Bihar ştatında kəskin ensefalit xəstəliyinin baş qaldırmasına səbəb olub. Son üç həftə ərzində bu xəstəlik azı 128 uşağın həyatına son qoyub.


Oxunma sayı: 4576

Oxşar yazılar