Rusiyada İŞİD-ə maliyyə vəsaiti toplayan şəbəkə aşkarlandı

  • 20:20 - 19 İyun

Rusiya İstintaq Komitəsi beynəlxalq terror təşkilatı üçün maliyyə toplayan şəbəkə aşkar edib.

Komitənin rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, Suriyada İŞİD terror təşkilatına üzv olan Rusiya vətəndaşları 2014-2017-ci illər ərzində bu təşkilat üçün maliyyə vəsaiti toplayıblar. Qrup Dağıstan sakinlərini bu işə cəlb etməklə ödəmə sistemləri və bank kartları vasitəsilə 200-dən çox insandan 8 milyon rubl məbləğində pul toplayıb Suriyaya aparıb.

Cinayətkar qrup üzvlərinin saxlanması üçün Rusiyanın 7 regionunda əməliyyat tədbirləri keçirilir.


Oxunma sayı: 5082

Oxşar yazılar