Çempionlar Liqasında "Qarabağ"ın potensial növbəti rəqibi məlum olub

  • 20:02 - 19 İyun

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Ölkə çempionu I mərhələdə Albaniyanın "Partizani" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə "Dandolk" (İrlandiya) / "Riqa" (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda, II təsnifat mərhələsinin matçları isə 23-24 və 30-31 iyulda keçiriləcək.


Oxunma sayı: 10868

Oxşar yazılar