Misir hökuməti Mursinin evində təziyə mərasiminin keçirilməsini yasaqladı

  • 17:55 - 19 İyun

Misir hakimiyyəti Misirin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin vəfatı ilə bağlı başsağlığı mərasiminin keçirilməsinə icazə verməyiblər. 

Avropa.info xəbər verir ki, bu barədə Məhəmməd Mursinin oğlu Abdulla Mursi məlumat verib.  

"Hətta ata evindəbelə  başsağlıqları qəbul etməyimizə icazə vermədilər" - Mursi belə deyib. 

Bununla yanaşı Mursinin oğlu atası üçün dünyanın bir çox ölkəsində qiyabi cənazə namazlarının qılınmasından məmmunluq hiss etdiyini bildirib:

"Ey atam, səninlə Allah arasında nə vardı ki, milyonlarla müsəlman cənazə namazını qıldı?". 

Xatırladaq ki, hərbi çevrilişlə devrilmiş Misir prezidenti "Vadi ən-Natrun həbsxanasından qaçış və "Həmas" adına cəsusluq" işində mühakimə olunarkən məhkəmə zalında həyatını itirmişdi. 

Misir dövlət televiziyası 67 yaşlı Mursinin məhkəmə zalında özündən getməsindən sonra vəfat etdiyini açıqlamışdı. 

Ölümündən yalnız bir gün sonra səhər saat 05:00-da Qahirənin şərqində Mədinətun Nasr səmtində "Müsəlman qardaşlar" təşkilatının dəfn olunduğu qəbiristanlıqda basdırldı.  


Oxunma sayı: 5357

Oxşar yazılar