Azərbayacan Ordusunun vəfat edən əsgəri dəfn olunub – Fotolar

  • 17:12 - 19 İyun

Azərbaycan Ordusunun əsgəri Elnur Əsgərzadə İmişlidə dəfn edilib.

Avropa.info-nun İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılmış Elnur Bəhram oğlu Əsgərzadə vəfat edib. Yaxınlarının sözlərinə görə, o, iyunun 7-də başından güllə yarası alıb və Gəncə şəhər hospitalına yerləşdirilib. 20 gün koma vəziyyətində olan əsgəri həyatda saxlamaq mümkün olmayıb.

Elnur Əsgərzadə iyunun 19-da İmişli rayonunun Qaralar kəndində dəfn edilib.

Hərbçinin dəfn mərasimində Müdafiə Nazirliyinin , İmişli Rayon İcra Hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi bildirilir.

Qeyd edək ki, Müdafiə Nazirliyi faktla bağlı hər hansı açıqlama yaymayıb.

Allah rəhmət eləsin!

Saleh Qafarlı
Avropa.info


 


Oxunma sayı: 13299

Oxşar yazılar