ADAU-da Mübariz İbrahimovla bağlı tədbir keçirilib – Foto

  • 16:32 - 19 İyun

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar İqtisadiyyat fakültəsinin İctimai elmlər və Multikulturalizm kafedrasının təşkilatçılığı ilə “Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir” adlı elmi-nəzəri konfrans keçirilib. Əvvəlcə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Bu barədə Avropa.info-ya ADAU-dan məlumat verilib.

Məlumata görə, Tədris işləri üzrə prorektor Anar Hətəmov çıxış edərək, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi şərəfli həyat yoluna nəzər salıb. Bildirilib ki, Mübariz qürurlu Azərbaycan əsgəri kimi düşmənə sarsıdıcı zərbə vurub: "22 yaşında Milli Qəhrəman olmaq hər kəsə nəsib olmur. Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoyub gedib".

Daha sonra İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri, dosent Azad Bayramov deyib ki, Vətən uğrunda canından keçənlər ölmür: "Şəhidlər əbədiyaşardır. Mübariz də ona qoyulan adı doğrultdu. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli idi. Canından çox sevdiyi vətəni üçün də qəhrəmanca şəhid oldu".

Sonda İctimai elmlər və Multikulturalizm kafedrasının dosenti Əbdürəhman Kazımov, İctimai elmlər və Multikulturalizm kafedrasının t.ü.f.d, dos. əvəzi Elgün Aslanov və İctimai elmlər və Multikulturalizm kafedrasının müəllimi Türkan Əhmədova çıxış edərək Milli Qəhrəman Mübariz İbrahimov haqda fikirlər söyləyiblər.


Oxunma sayı: 4972

Oxşar yazılar