"Xalq cəbhəsi"nin deputatı evində ölü tapıldı

  • 16:26 - 19 İyun

"Xalq cəbhəsi" partiyasından ALi Radaya seçilmiş deputat Dmitri Timçuk Kiyevdəki evində ölü tapılıb. 

Avropa.info xəbər verir ki, məlumatı deputatın həmkarı, Ali Radanın deputatı Anton Qeraşenko təsdiqləyib.  

Qereşenkonun sözlərinə görə, Timçuk hədiyyə olunmuş silahı təmizləyərək özünə atəş açıb. Atəş ölümcül olub. Deputat həkimlər gələnədək həyatını itirib. Ölən deputatın 46 yaşı vardı. 

Qeraşenkonun "Facebook"da yazdığı mesaj daha sonra silinib. O, hadisə yerində istintaqın işlədiyini, mümkün olan bütün versiyaların araşdırıldığını deyib. 
Tımçuk 2014-cü ildə Rusiya yönlü Donbas separatçılarının fəaliyyətini, həmçinin, Krımın Rusiya tərəfindən ilhaqını işıqlandırmışdı. 


Oxunma sayı: 12870

Oxşar yazılar