Nənəsini yandıraraq öldürməkdə təqsirləndirilən gəncin məhkəməsində mübahisə düşdü

  • 16:23 - 19 İyun

Bakı Ağır Cinayətlər Məhkəməsində nənəsini öldürməkdə təqsirləndirilən Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anası Təravət Əfəndiyevaya şahid qismində ifadə vermək təklif edilib. O, oğluna qarşı ifadə verməkdən imtina edib.

Ölənin digər qızı Məlahət Axundova şahid qismində ifadə verərək deyib ki, anasını bacısı oğlu Eldar Əfəndiyev öldürüb və daha sonra yandırıb.

Məhkəmədə təqsirləndirilən şəxsin anası ilə xalası arasında mübahisə düşüb. Tərəflər bir-birinin ünvanına xoşagəlməz ifadələr işlədiblər.

Hakim və məhkəmə nəzarətçiləri onlara xəbərdarlıq edib.

Proses iyulun 3-də davam edəcək.

Qeyd edək ki, ötən ilin noyabrında paytaxtın Nəsimi rayonunda baş verən yanğın söndürüldükdən sonra həmin evdə yaşamış 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan meyiti aşkarlanıb.

Araşdırma nəticəsində T. Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü E.Əfəndiyev təqsirləndirilən şəxs qismində tutulub. E. Əfəndiyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.


Oxunma sayı: 6985

Oxşar yazılar