Həyatı, mübarizəsi və ölümü ilə dünyaya dərs verən ADAM : "Həbsxanada oxumağa Quran vermirlər, mənim 30 il əvvəl Quranı əzbərlədiyimi unudublar"

  • 16:04 - 19 İyun

Misirdə ilk dəfə 2012-ci ilin 17 iyununda keçirilən demokratik seçki ilə seçilmiş, daha sonra xunta tərəfindən devrilmiş prezident Məhəmməd Mursi məhkəmə zalında həyatını itirib. 

Avropa.info xəbər verir ki, məhkəmənin keçirildiyi dövrdə bəzən çıxış etməsinə icazə verilmədi, bəzən təhqirlərə məruz qaldı, ancaq heç bir zaman cəsarətindən geri addım atmadı.

Məhkumların geyinməsinin məcburi olduğu "ağ paltar"ı geyməyi rədd edən Mursi 2013-cü ilin noyabrında iştirak etdiyi prosesdə  məhkəmə sədrinə "Sənin prezidentin mənəm, hökmün qüvvədə deyil", demişdi.

Hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan prezident Mursi 2014-ci ilin iyununda Misir xalqına yazdığı mesajında "Allah şahidimdir. Vəzifəm boyunca korrupsiya və cinayətlərlə mübarizədən geri addım atmadım. Mənə verdiyiniz əmanətə xəyanət etmədim və etməyəcəm. İllərimi onların ittihamları ilə mübarizə uğruna sərf etdim, yaşadığımı müddətdə də mübarizəmi davam etdirəcəm", demişdi.

Mursi 2016-cı ilin iyununda həbsxanadan göndərdiyi mesajda "Mən dinim və sonra da xalqım üçün bradayam. Məni sevənlər vətən üçün dua etməyə davam etsinlər" dedi. Mərhum İxvan lideri 2017-ci ilin noyabrında keçirilən məhkəmə işində "Məhkəmə zalındayam, ancaq qiyabi mühakimə olunan adam kimiyəm. Məhkəmə heyətini görmürəm. Vəkil heyətimin nələr dediyini eşitmirəm" deyərkən aylardır vəkilləri ilə görüşdürülmədiyini də deyib.

Oxumaq üçün Qurani Kərimin belə verilmədiyini deyən Mursinin sözü isə tarixə düşməli idi: "Mənim 30 il əvvəl Quranı əzbərlədiyimi unudurlar. Mən sadəcə Qurana toxunmaq, oxumaq istəyirəm".

BMT Mursinin ölümü ilə bağlı 20 saat səssiz qaldıqdan sonra açıqlama verib. BMT Mursinin qəflətən ölümü ilə bağlı müstəqil təşkilat tərəfindən sürətli, tərəfsiz və şəffaf istintaq aparılması üçün çağırış edib.

Mursinin vəfatı ilə bağlı Anadolu Agenliyi və TRT-nin saytları Misirdə bloklanıb. Mursi ilə bağlı xəbərlərin görünməsini istəməyən xunta hakimiyyəti hər iki qurumun da internet saytlarına girişi dayandırıb, eyni şəkildə mobil versiya da işləməz olub. Mursinin vəfatından sonra Misir DİN-i gərgin iş rejiminə keçmişdi.

Türkiyə, İordaniya, Küveyt, Liviya, Tunis, Mərakeş, Əlcəzair, Malyaziya və Fələstin başsağlığı mesajları dərc etdi. Amerikada müsəlmanlar Mursi üçün aksiya keçirdi. Türkiyə, Belçika, Avstraliya, Liviya, Fələstin, Paksiyan və müsəlmanların ayaşadığı bir çox ölkədə Mursi üçün qiyabi cənazə namazları qılındı.

Qərb hökumətləri Mursinin ölümünə səssiz qalıb Sisi rejiminin yanında mövqe tutatkən İspaniyanın "El Pais" qəzetində professor Luz Qomez avropalıları tənqid edib. "Mursi Misir demokratiyasının budanmış qolu" adlı yazısında "Qərb Misir prezidentinin ölümünə ağlamalıdır. Ancaq insan hüquqları müdafiəçilərinin və Qərb liderlərinin onun ölümündən dolayı başsağlığı diləmədiyini görəcəyik. Mursi Misir demokratiyasının yolunu başladan düzgün prezident idi" ifadələri işlədib. İngiltərənin Mühafizəkar partiyasının deputataı Krispin Blant Mursinin ölümünün araşdırılması üçün beynəlxalq istintaq tələb edib. Blant "Mursi Misirin 2012-ci ildə seçilmiş prezidenti idi. Xuntaçıların həbsində ikən öldü" deyib.

Misir hökuməti Mursini gizlin bir şəkildə dəfn edib.

Mursi güclü təhlükəsizlik tədbirləri çərçivəsində ailəsi və vəkillərinin iştirakı ilə Qahirənin şərqində dəfn edilib. Heç kəsin buraxılmadığı cənazə mərasiminin ətrafı beynəlxa mətbuat tərəfindən görüntüləndi. Mursinin cənazəsi Mədinə Nasr səmtində "Müsəlman qardaşlar" təşkilatının üzvlərinin dəfn edildiyi qəbiristanlığa basdırılıb.

Mursinin oğlu Abdulla Məhəmməd Mursi Misirin vəzifəli şəxslərinin atasının cənazəsini doğulduğu Əl Adva kəndində basdırmağa icazə vermədiyini deyib.

Avropa.info

 


Oxunma sayı: 6809

Oxşar yazılar