Türkiyə polisi təlimat verdi - 12 ton narkotik daşıyan gəmi saxlanıldı

  • 15:25 - 19 İyun

Türkiyənin narkotik mübarizə nümayəndələrinin verdiyi məlumat əsasında Əlcəzair sahillərində keçirilən əməliyyat zamanı bir gəmidə 12 ton toz halında narkotik maddə ələ keçirilib. 

Avropa.info xəbər verir ki, Türkiyə DİN polis idarəsinin təlimatı əsasında əməliyyata başlayan İtaliya və İspaniya hüquq mühafizə orqanları gəmidə axtarış aparıb.  
Gəminin Ukrayna əsilli 8 komanda üzvü həbs olunub. 


Oxunma sayı: 9185

Oxşar yazılar