“Tullantıdan incəsənətə” mövzusunda təlim

  • 14:33 - 19 İyun

"Rəqəmsal İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Tullantılara ikinci həyat bəxş et!” adlı layihəsi dövründə 29, 30 iyun və 1 iyul tarixlərində 3 (üç) günlük “Trash ART” adlı təlim təşkil edir.

"Rəqəmsal İnkişaf" İB-nin rəhbəri Könül Ağayevanın verdiyi məlumata görə, təlimin əsas mahiyyəti gənc nəsilə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, lazımsız saydıqlarımız əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərini aşılamaqdan ibarətdir.

Bir qrup gənclə birlikdə 3 günlük Trash ART – "Tullantıdan incəsənətə" adlı təlim təşkil olunacaq.

Təlimdə məişət tullantılarından, lazımsız əşyalardan, plastik qablardan, şüşə butulkalardan, yararsız və köhnə qəzetlərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edilərək 30-a yaxın kiçik sənət nümunələri hazırlanacaq. 3 günlük TRASH ART - Tullantıdan incəsənətə adlı təlim xarakterli kampaniyada 25 nəfər gənc iştirak edəcək.

Əl işlərinin hazırlanmasına maraq göstərən, təlimdə iştirak edən hər bir gəncə ətraf mühitin mühafizəsi naminə təkrar istifadə və tullantıların azaldılması prinsiplərinin önəmindən bəhs ediləcək. Təlim sonunda 30 ədəd əl işləri tam hazır formada təqdim olunacaq.


Oxunma sayı: 4521

Oxşar yazılar