Mursinin vəfatı ilə bağlı sensasion detal : Yerə yıxılandan sonra uzun müddət yardım edilməsinə icazə verilmədi və ...

  • 14:04 - 19 İyun

İki gün öncə məhkəmədə dünyasını dəyişən Misirin hərbi xunta tərəfindən devirilən keçmiş prezidenti Məhəmməd Mursinin vəfatı ilə bağlı yeni detallar açıqlanmaqdadır. 

Avropa.info xəbər verir ki, İngiltərənin "İndependent" qəzeti Mursinin məhkəmədə saxlanıldığı qəfəsdə halının pisləşməsib yıxılmasına baxmayaraq, uzun müddət ona müdaxilə edilmədiyini yazıb. 

Qəzetin iddiasına görə, Mursi huşunu itərərək yıxıldıqdan sonra, 20 dəqiqə ərzində ona yardım edilməsinə icazə verilməyib. 

"Mursi yerə yıxılmasına baxmayaraq məhkəmə hakimləri edilməsinə icazə vermədilər və göz görə görə ölməsinə göz yumdular" - Qəzet belə yazıb.


Oxunma sayı: 4631

Oxşar yazılar