Zərdab sakininin evində partlayış: Bütün naqillər sıradan çıxdı, vətəndaşa külli miqdarda ziyan dəydi – Fotolar

  • 13:07 - 19 İyun

Zərdab rayon sakini Kərimov Nazim Rafael oğlu Zərdab Rayonu Elektrik Şəbəkəsindən şikayətçidir.

N.Kərimov bununla bağlı Avropa.info-ya müraciət edib.

O, müraciətində qeyd edib ki, iyunun 16-da səhər saat 7:00 radələrində yaşadığı evdə partlayış səsləri eşidib və işıqların yanıb-sönməsini müşahidə edib: 

"Qaçaraq işığı sayğacdan söndürdüm. Söndürsəm də, yenə işıqların zəif şəkildə yandığını gördüm və evə daxil olan işıq xətdini balta ilə kəsdim və bu barədə Zərdab Rayonu Elektrik Şəbəkəsinin rəisi Məmmədov Xətayi, Baş mühəndis Mirzəliyev Məhəmmədə məlumat versəm də, baş verən hadisəni bir-birlərinin üstünə atmaqla olan hadisədən uzaqlaşmaq istəyirlər". 

N.Kərimov bildirib ki, belə hadisələr dəfələrlə olub, lakin xəttlərdə olan problemlər, yəni həmin kabellərin yenilənməsində heç bir dəyişiklik olmayıb. 

"2018-ci ildə Zərdab rayonu üzrə elektrik xətləri və dirəkləri, sayğacların və transformatorların dəyişdirilməsi üçün vəsait ayrılıb, lakin həmin pullar hara xərclənib və kim tərəfindən mənimsənilib bəlli deyil. Əgər həmin vəsait lazımi yerlərə xərclənsəydi, vətəndaşların məişət avadanlıqları bərbad vəziyyətə düşməzdi. Gecə saatlarında Zərdab küçələrində heç bir yerdə işıq yanmır. Olan işıqda 160-180 volt gücündə verilir. Lakin elə olur ki, 400 volta qədər enerji artır. İşıq xətləri dəyişilməzdən qabaq belə hallar olmayıb. Hal-hazırda da həmin xətlər iki dirək arasında olan məsafədə 6 calaq durmaqdadır. Bilmək istəyirəm ki, həmin kabelləşmə olan rayonlarda, şəhərlərdə sona çatmış elektrik naqilləri kim tərəfindən qəbul edilir və istismara icazə verilir? Yararsız çəkilmişdisə, vətəndaşların həmin xətlərdən istifadə etməsi düzgündür, ya düzgün deyil?" 

Şikayətçi qeyd edib ki, baş verən bu hadisədə evindəki avadanlıqlar yanıb, ona külli miqdarda ziyan dəyib. N.Kərimov ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. O bildirib ki, hadisə zamanı aşağıdakı vadanlıqlar və ona dəymiş ziyan aşağıdakılardır:

1. Paltaryuyan maşın
2. Qabyuyan maşın 
3. Telefon adapterləri -  4 ədəd 
4. Kondisioner 
5. Çanaq antenasının tüneri
6. Videogörüntü mademi 
7. Elektrik lampaları 
8. Daxili telefonlar 
9. İnkubator aparatı
 

Coşqun Abdullayev
Avropa.info-nun bölgə müxbiri

 

 

 

 

 

 


Oxunma sayı: 11726

Oxşar yazılar