İyulda Türkiyəni sanksiyalar gözləyir - "Bloomberg" variantları açıqladı

  • 12:34 - 19 İyun

Donald Tramp administrasiyası Rusiyadan S-400 HHM raket kompleksləri aldığına görə, Türkiyəyə qarşı tətbiq oluna biləcək sanksiya variantlarını hazırlayır.  

Avropa.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Agentliyin məlumataına görə, Türkiyəyə qarşı sanksiyalar iyul ayında, Ankara S-400 kompleksinin ilk hissələrini təhvil almağa başladığı andan tətbiq oluna bilər. 

Vaşinqton potensial sanksiyalar paketinin üç variantını gözdən keçirir. Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nəzərdən keçirdiyi ən sərt sanksiyalar paketi çətin dövrlərdən keçən Türkiyə iqtisadiyyatını vurmağı nəzərdə tutur. 

Daha çox dəstək verilən sanksiya paketi Türkiyənin müdafiə sektorunun bir neçə şirkətini hədəf alan variantdır. CAATSA qanununa müvafiq olaraq, Rusiya müdafiə sənayesi ilə biznes aparan şirkətlərə sanksiya tətbiq oluna bilər.  

Bu məhdudiyyətlər türk şirkətlərini ABŞ-ın maliyyə sistemindən uzaqlaşdırmalı, yaxud onların amerikan məhsulu almasını, yaxud öz məhsulunu ABŞ ərazisində satmasını mümkünsüz etməlidir. 

Xatırladaq ki, ABŞ müdafiə naziri vəzifəsinin ictraçısı Patrik Şahaxan Ankara S-400 HHM sistemlərini alacağı təqdirdə 31 iyuladək Türkiyəni F-35 proqramından çıxarmaqla hədələmişdi. 


Oxunma sayı: 10450

Oxşar yazılar