"Əgər bircə ABŞ əsgəri ölsə..." - Pompeodan İrana xəbərdarlıq

  • 11:28 - 19 İyun

ABŞ dövlət katibi Mayk Pompeo amerikan əsgərlərinin ölüdürülməsi halında bunun mümkün nəticələri ilə bağlı rəsmi Tehrana xəbərdarlıq edib.  

Avropa.info xəbər verir ki, Pompeonun sözlərinə görə, əgər İran onlar və ya müttəfiqlərinə qarşı hər hansı təxribata yol versə və bu bircə ABŞ əsgərinin ölümünə yol açsa, əks güc tədbirləri tətbiq olunacaq. 

"The Washington Post" qəzeti yazır ki, Pompeo hələ may ayında İraqa səfəri zamanı bu qəbildən bəyanat vermişdi. Buna səbəb kimi isə İranın regiondakı ABŞ hərbçilərinə hücumunun aktivləşməsi barədə kəşfiyyat xəbərləri göstərilirdi. 


Oxunma sayı: 4895

Oxşar yazılar