Mursinin ölümü ilə bağlı şok fakt üzə çıxdı

  • 11:09 - 19 İyun

İki gün əvvəl məhkəmə salonunda həyatını itirən devrilmiş Misir prezidenti Məhəmməd Mursinin ölümü ilə bağlı şok fakt ortaya çıxıb. 

Avropa.info xəbər verir ki, "İndependent" qəzetinin yazdığına görə, məhkəmədə saxlanıldığı qəfəsdə Mursinin vəziyyəti pisləşib və yerə yıxılıb. Digər məhkumlar polisdən kömək istəyib. Lakin 20 dəqiqə ərzində Mursiyə heç kəs tibbi yardım göstərməyib. 

Diabet, yüksək təzyiq və qaraciyər xəstəliyindən əziyyət çəkən Mursinin ölümünə dair rəsmi açıqlama verilməsə də, infarktdan öldüyü ehtimal edilir. 

Qeyd edək ki, Mursinin ölümündən sonra Sisi hakimiyyəti ölkə miqyasında fövqəladə vəizyyət elan etmiş, heç bir qiyabi cənazə namazına icazə verməmişdi. Ailəsi onu doğulduğu kənddə basdırmaq istəsə də, buna icazə verilməmişdi. Gözlədilən cənazə səhərə yaxın mətbuatın iştirakı olmadan dəfn edilib. 


Oxunma sayı: 5390

Oxşar yazılar