Vaşinqtondakı Qarabağ danışıqlarına Bolton vasitəçilik edəcək – "Səbrsizliklə gözləyirəm..."

  • 10:31 - 19 İyun

Bu həftənin sonlarında Vaşinqtonda baş tutacaq Qarabağ danışıqlarına ABŞ pezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton vasitəçilik edəcək. Bu barədə Bolton özü Twitter-də yazıb.

Xəbər verildiyi kimi, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla onun erməni həmkarı Zöhrab Mnatsakanyan Vaşinqtonda görüşəcəklər. Bu, ABŞ-ın birbaşa vasitəçiliyi ilə uzun müddətdən bəri təşkil edilən ilk Qarabağ müzakirələridir. Gözlənilir ki, nazirlərin görüşünün ardınca Azərbaycan və Ermənistan rəhbərləri də Vaşinqtonda danışıqlar aparacaqlar.

“Bu həftənin sonunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü səbrsizliklə gözləyirəm ki, onların arasında dialoqa dəstək verəm”,-Con Bolton yazıb.

ABŞ prezidentinin milli təhlükəsizlik müşavri əlavə edib ki, Vaşinqton regionda sülhün əldə olunmasına dəstək verməyə hazırdır.

Con Bolton Tramp administrasiyasında İran və Rusiyaya münasibətdə sərt xətt tərəfdarı kimi tanınır, “qırğılardan” hesab edilir və administrasiyanın xarici siyasətində əsas söz sahiblərindən biridir. Ötən il Bolton Azərbaycanda və Ermənistanda səfərdə olub. KİV-lər onun Qarabağa dair hansısa təkliflər təqdim etdiyini yazmışdı.

Virtualaz.org


Oxunma sayı: 8030

Oxşar yazılar