Babək prospektində qəzada yaralananların kimlikləri bilindi – Yeilənib

  • 10:02 - 19 İyun

Hazırda Bakının “Babək” prospektində sıxlıq müşahidə edilir. Bu barədə Avropa.info-ya məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, sıxlığa səbəb prospektin qeydə alınan yol nəqliyyat hadisəsidir:

“Bir qədər əvvəl Babək prospekti şəhər mərkəzi istiqamətində yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də hazırda qeyd edilən hissədə nəqliyyat vasitələrinin hərəkərində sıxlıq müşahidə edilir”.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir. Qəza yerinə təcili tibbi yardım briqadası çağırılıb.

***

Bakıda səhər saatlarında baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.

Avropa.info Trend-ə istinadən bildirir ki, Babək prospektində baş vermiş qəzada iki nəfər - piyada və sürücü xəsarət alıblar.

Avtomobilin sürücü, 1975-ci il təvəllüdlü Çubanov Emil Adilyeviç kəllə-beyin travması, said sümüyünün sınığı, piyada, 1947-ci il təvəllüdlü Əliyev İsaxan Məhəmməd oğlu bud və baldır sümüklərinin sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.


Oxunma sayı: 4345

Oxşar yazılar