Mnatsakanyanın Vaşinqtonda ilk görüşü başladı

  • 09:56 - 19 İyun

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Vaşinqtonda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan paylaşıb.

Görüşdə Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endri Şeffer, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik iştirak edir.

Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş baş tutacaq.


Oxunma sayı: 6446

Oxşar yazılar