Türkiyə XİN başçısı İrana gedəcək

  • 23:00 - 18 İyun

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 20-də İrana səfər edəcək.

Səfər İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti üzrə həyata keçiriləcək.

Bildirilib ki, Mövlud Çavuşoğlu ilk dəfə keçirilməsi gözlənilən İran-Türkiyə Strateji Ortaq Planlaşdırma Komissiyasının Toplantısında iştirak etmək üçün İsfahan şəhərinə gedəcək. Tədbir iyunun 21-də keçiriləcək.


Oxunma sayı: 4301

Oxşar yazılar