Türkiyə siyasətində Küçükkaya skandalı : İmamoğlu "görüşümüz kamera qarşısında olmasa da gizli deyildi" deyir, Yıldırım "bu bir əxlaqsızlıqdır" hayqırır

  • 19:58 - 18 İyun

"Bir debat varsa, bərabər debat var. İki namizəd var. Bir namizədlə görüşüb söhbət edilməsi, digər namizəddən bunun əsirgənməsinin nə anlama gəldiyini xalqın ixtiyarına buraxıram."

Avropa.info xəbər verir ki, bu sözləri İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə AK Partiyanın namizədi Binəli Yıldırım deyib. Yıldırım bazar günü keçirilən debatın moderatoru İsmayıl Küçükkayanın debatdan öncə gizlincə bir oteldə CHP-nin namizədi Əkrəm İmamoğlu ilə görüşməsinə münasibət bildirib.

"Küçükkayadan üz-üzə görüşmək üçün bir təklif almadım. Onların orada gizli görüşü, mənə təklif edilməməsi qeyri bərabərlik və əxlaqsızlıqdır. Debatdan öncə görüşdüyünüzü  niyə mənimlə və ictimaiyyətlə bölüşmədiniz? Bunun cavabını rəqibimdən gözləyirəm" - Yıldırım belə deyib.

CHP -nin namizədi Əkrəm İmamoğlu isə debatın moderatoru, FOX tv-nin aparıcısı İsmayıl Küçükkaya ilə görüşdüyünü təsdiqləyib.

"Küçükkaya mənimlə görüşdü "İndi sizinlə görüşürəm, sonra Binəli Yıldırımı ziyarət edəcəm" dedi. Bizim söhbətimiz gizli deyəndə ki, kamera qarşısında deyildi, amma gizli də deyildi. Oturduq, danışdıq, mövzunun dairəsini müəyyənləşdirdik. İstanbul haqqında danışmaq istədiyimi, amma niyə ikinci seçimin keçirilməsinin də müzakirə edilməsini istədim. Bu, ən vacib məsələdir dedim. Əlavə etdim ki, sual vermək sizin işinizdir, hansı sualı istəsəniz verin"- İmamoğlu belə deyib.

Xatırladaq ki, bazar günü keçirilən debatdan öncə, moderator İsmayıl Küçükkayanın Taksimdə yerləşən bir oteldə CHP-nin namizədi Əkrəm İmamoğlu ilə görüşməsinin görüntüləri üzə çıxıb.   

Avropa.info


Oxunma sayı: 6985

Oxşar yazılar