Son dəqiqə : PKK-nın siyasi qolu HDP-nin həbsdə olan lideri Demirtaş tərəfdarlarına müraciət etdi, İmamoğluna səs istədi : "Qətiyyətlə İmamoğlunu dəstəkləyirik"

  • 17:57 - 18 İyun

PKK terror təşkilatının siyasi qolu  HDP-nin həbsdə olan sabiq həmsədri Səlahəddin Dəmirtaş 23 iyunda həyata keçiriləcək İstanbul seçkiləri ilə bağlı tərəfdarlarına müraciət edib.

Avropa.info xəbər verir ki, Demirtaş tərəfdarlarını CHP-dən İstanbul bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğluya səs verməyə çağırıb: 

"Müqavimətlə, ümidlə izləyirik sizləri. Zorla təkrarlanan İstanbul seçkisinə az qaldı. Partiya qərargahımızın HDP-nin mövqeyini açıqladığını zatən bilirsiniz. Əminəm ki, lazım olan işləri görürlər. Fikir qarışıqlığı, qətiyyətsizlik yoxdur. Olmaması da lazımdır. Çünkü çoxluq içindən seçəcəyimiz seçki deyil bu. Demokratiya, sülh, azadlıqlar üçün yol açmaq istəyirsəksə, HDP-nin seçkiyə dair mövqeyi mənalı və vacibdir". 

Demirtaş İstanbul seçkisində partiyası HDP-nin İmamoğlunu açıq şəkildə dəstəklədiyini etiraf edib və ona səs istəyib: 

"Bu gün üçün cənab İmamoğlunun dəstəklənməsinin lazım olduğuna inanırıq. Çünkü biz birlikdə gözəlik. HDP olmadan, HDP-ni təcrid edərək heç bir şey yetərincə gözəl olmaz. Biriləri artıq analasın ki, "zorla gözəllik" də olmaz" - Demirtaş müraciətindən belə deyib.


Oxunma sayı: 10626

Oxşar yazılar