Qurban Qurbanov püşkü dəyərləndirdi: "Ciddi rəqiblə qarşılaşacağıq"

  • 17:37 - 18 İyun

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi məlum olub.

Ağdam klubu bu mərhələdə son Albaniya çempionu "Partizani"ylə qarşılaşacaq.

Avropa.info klubun saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında püşkü dəyərləndirib:

"Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər.  Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümkü komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər.  Həddindən artıq ciddi və diqqətli olmalıyıq".


Oxunma sayı: 6325

Oxşar yazılar