“Həmsədrlər işğalçılıq siyasətinə son vermək üçün Ermənistana konkret vaxt veməlidir” – Fəzail Ağamalı

  • 16:55 - 18 İyun

"Mən ATƏT Minsk Qrupu həmsədrlərinin vasitəçilyi ilə Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən danışıqlar prosesinin perspektivinə inanmıram".

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycan və Ermənistan XİN başçılarının iyunun 20-də Vaşinqtonda ATƏT-in Minsk Qrupu həmsdərlərinin vasitəçilyi ilə keçiriləcək görüşüş barədə mövqeyini açıqlayarkən deyib.

“Mən ATƏT MQ həmsədrlərinin fəaliyyətinə inanmıram. Çünki onlar bu gün də fəaliyyətləri ilə Ermənistanın yanındadır. Həmsdər ölkələr Ermənistanın işğalçılıq siyasətini öz fəaliyyətləri ilə təşviq edir və onu stimullaşdırırlar. Mən o zaman ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini müsbət dəyərləndirə bilərəm ki, onlar  Ermənistanın işğalçılıq siyasətinə son vermək üçün  təsirli bəyanat verib, bu istiqamətdə konkret fəaliyyətə keçsinlər. Həmsədrlər  işğalçılıq siyasətinə son vermək üçün Ermənistana konkret vaxt veməlidir. Əgər Ermənistan həmin vaxt kəsiyində işğlaçıslıq siyasətinə son vermək istiqamətində hər hansı addım atmazsa, o zaman İrəvana qarşı təzyiqlər edilməli və sanksiyaların tətbiq edilməsi təşəbbüsü ilə çıxış etməlidirlər. Bax onda mən ATƏT Minsk Qrupu həmsədrlərinin fəaliyyətini təqdir edər və aparılan danışıqların müsbət nəticə ilə sonuclanacağına inanaram. Lakin indi bu formatda aparılan nəticəsiz  danışıqların Azərbaycana və onun işğal altında olan torpaqlaırnın işğaldan azad olunması üçün heç bir faydası yoxdur”, - deputat qeyd edib.

Azərbaycanın işğal altında olan torpaqlarında erməni hərbi birləşmələrinin hərbi təlimlərinə gəldikdə isə millət vəkili bildirib ki,  bu Ermənistanın Azərbaycana qarşı ənənəvi güc nümayişidir: 

“Bununla Ermənistan Azərbaycana həm gücünü nümayiş etdirir, həm də işğal etdiyi torpaqları geri qaytarmaq niyyətində olmadığı mesajını verir”.

Belə olan şəraitdə Azərbaycan nə etməlidir sualına gəldikdə F.Ağamalı bildirib ki, əlverişli zamandan istifadə edib torpaqlarımızı işğaldan azad etmək üçün  Silahlı Qüvvələrimiz hücuma keçməlidir: "Bu gün işğal olunmuş torpaqlar  məsələsində Rusiya amili ciddir. Biz torpaqlarımızı işğaldan azad etmək üçün Rusiya ilə bu məsələ ətrafında  ciddi danışıqlar aparmalıyıq”.

Deputat  bildirib ki, əlverişli məqamın yetişməsi istiqamətində proseslər gedir. 

“Proses gedir, baxaq görək, necə olacaq. Rusiya hazırda  proseslərdə  kifayət qədər seyrçi mövqedədir. Ermənistanda gedən proseslərə  hələlik müdaxilə etmir. Özünü sadəcə neytal ölkə kimi nümayiş etdirməyə çalışır. əgər lazımi situasiya yetişərsə Azərbaycan Rusiya  ilə razılşamadan hücuma keçməlidir”, - F.Ağamalı bildirib.


Oxunma sayı: 4730

Oxşar yazılar