"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

  • 16:49 - 18 İyun

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü atılıb.

Avropa.info xəbər verir ki, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunub. 

Püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib. Ağdam təmsilçisi I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubuna rəqib olub.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək.


Oxunma sayı: 5181

Oxşar yazılar