Sarayda avtomobil hasara dəydi, sürücü öldü

  • 16:04 - 18 İyun

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, iyunun 17-də saat 13 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Vüqar Ocaqverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı hasara vurub və hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 4301

Oxşar yazılar