Görüntülər ortaya çıxdı - İmamoğlu ilə Küçükkaya yayımdan əvvəl oteldə görüşüb (Foto)

  • 15:48 - 18 İyun

İstanbul bələdiyyə sədrliyinə AKP-nin namizədi Binəli Yıldırım və CHP namizədi Əkrəm İmamoğlu arasında keçirilən debatın müzakirələri davam edərkən, moderator İsmayıl Küçükkayanın tərəfli veriliş aparması ilə bağlı yeni iddia gündəmə gəlib. 

Avropa.info xəbər verir ki, Küçükkayanın 3 gün əvvəl Taksimdə yerləşən oteldə CHP namizədi ilə görüşdüyü ortaya çıxıb.  

"Sabah" qəzetinin jurnalisti Mahmud Övür "Suallar əslində kimə verildi? İmamoğlu, Küçükkaya ilə görüşdümü?" adlı yazısında bu məsələyə toxunub. 

"Tükiyənin səbirsizliklə gözlədiyi Binəli Yıldırım və Əkrəm İmamoğlunun televiziya müzakirəsi keçən gecə baş tutdu. İki siyası aktyorun o proqramda nə deyəcəyi qədər proqramı kimin və necə aparacağı da  çox müzakirə olundu. 

Müzakirə elə səviyyədə böyüdü ki, Binəli Yıldırımın əks tərəfə meydan oxuyan Uğur Dündar təklifi belə etirazla qarşılandı. Dündar geri addım atmaq məcburiyyətində qaldı və bu dəfə o çevrədən İsmayıl Küçükkaya fəaliyyətə keçdi.  

Onun moderator fəaliyyətinə şəxsən İmamoğlu kölgə saldı və ağılları qarışdıran bu "yalan"ı dedi: "Binəli Yıldırım suallara baxılmasını tələb edib". 

Yıldırımın bu yalanı cavabı mədəni şəkildə oldu: "Heyrət içindəyəm. İmamoğlu düzgün danışmamağı vərdiş halına gətirib". 

İşin maraqlı tərəfi İmamoğlunun bu iddiasını Küçükkaya həm iddiannı ortaya atıldığı vaxt, həm də canlı yayım əsnasında təkzib etdi.  

CHP namizədi sualları aldımı? 

İndi bu müzakirələr, yalanlara davam edərkən, arxa planda nə baş verdiyinə baxaq. İctimaiyyət qarşısında suallar istənildi, verildi deyə ictimai fikir yaradılarkən, sən demə arxa planda bunu həmin şəxslər özü edirmiş. Bu da haradan çıxdı, deməyin. O gecə İsmayıl Küçükkayanın tərəfsiz olmadığı həm yanaşmasından, həm suallarından, həm də yersiz müdaxilələrindən bəlli idi. Üstəlik, o gecə İmamoğlunun verilən suallara sanki hazırlanmış kimi cavab verməsi tamaşaçıların diqqətindən yayınmadı. O gecə yayım zamanı bunu "Twitter"də yazanlar da oldu. 

Bəs bu doğru ola bilərmi? 

Əlimdə maraqlı iki foto var. Biri İstanbulun Taksim meydanın yerləşən otelin giriş qapısında, digəri də liftin içində çəkilib.  

Qapıdan bizim "tərəfsiz" İsmayıl girir. Əkrəm İmamoğlunu adamları qarşılayır. 

Rentgen cihazından keçdikdən sonra liftdə görürük. 

Liftdə daha bir tanış adam var; Murad Onqun...Əkrəm İmamoğlunun məşhur mətbuat katibi. İctimaiyyət onu daha çox mikroavtobusun içindən çıxan, Əkrəm İmamoğlunu kürəyindən dartıb içəri çəkən əlindən tanıyır. 

Bu iki şəxsin otel liftində birgə görünməsi təsadüf ola bilərmi? 

Eyni mərtəbədə və heç danışmadan arxa-arxaya liftdən enirlər. 

Görüş tarixini də deyək, 4 gün əvvəl; 

13 iyun 2019. Saat 12:19 radələri 

O tarixdə İsmayıl Küçükkayanın birgə proqram aparacağı məlumdur və məsələ birbaşa İmamoğlunun yalanları səbəbi ilə mətbuatda müzakirə olunur.  
Bu üzdən hər kəsin gözü onların üzərindədir.  

Amma onlar o qədər ehtiyatsız davranırlar ki, təsadüfə baxın o saatlarda CHP-nin İstanbul Böyükşəhər bələdiyyə sədri namizədi İmamoğlu da o oteldədir... 
Təsadüf ki, saat 11:00-da o oteldə mətbuat konfransı keçirir. Mətbuatda gedən xəbərlərə görə görüş 13:00-da başa çatır. Sonrası naməlumdur.  
İndi sual budur; tərəfsiz jurnalist moderator İsmayıl Küçükkaya o oteldə saat 13:00-dan sonra Əkrəm İmamoğlu ilə görüşdümü? 

Binəli Yıldırım "sualları tələb etdi" deyə açıq şəkildə yalan deyərək ittiham edən və o gecə "əxlaq abidəsi" kimi özünü göstərən İmamoğlu Küçükkayadan sualları alıb hazırlaşdımı? 

Suallar istənildi deyib ictimai rəy yaradanlar məgər arxa planda mütəşəkkil işlər görürmüş. Bu həm siyasət, həm də KİV adına utancvericidir". 


Oxunma sayı: 5973

Oxşar yazılar