Gəncədə tanınmış idmançının oğlunu qətlə yetirən şəxsin kimliyi məlum oldu

  • 15:21 - 18 İyun

Gəncədə çay evində qətl törədən şəxsin kimliyi məlum olub.

Avropa.info APA-ya istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən "Miraj" çay evinin qarşısında 1983-cü il təvəllüdlü Emin Məmmədov şəxsi münaqişə zəminində qisas almaq niyyəti ilə 1995-ci il təvəllüdlü Elnur Alıyevi bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı Emin Məmmədov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, mərhum E.Alıyev tanınmış idman ustası İlqar Alıyevin oğludur.


Oxunma sayı: 12639

Oxşar yazılar