Qarabağ həqiqətləri ilə bağlı çəkilən “Son nəfəsədək” filmi İsveçdə nümayiş olunacaq

  • 18 İyn - 2019

Ermənilərin Azərbaycana qarşı təcavüzünün başlandığı 1988-ci ildən Xocalı faciəsinə kimi bir dövrü əhatə edən, Qarabağ həqiqətlərinin gizlin tərəflərini ictimaiyyətin diqqətinə çatdıran “Son nəfəsədək” bədii filmi İsveçin Krallığının Höteborq şəhərində nümayiş olunacaq.

Bu barədə Avropa.info-ya diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Film 23 iyun 2019-cu il tarixində saat 18:00-da İsveçin Krallığının Göteborq şəhərində soydaşlarımız tərəfindən nümayiş olunacaq. Filmin əsas təşkilatçısı İsveçin Götebörq şəhərindən fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İdman Dərnəyidir. Filmin nümayişi üçün “Haqa Bio” kino zalı icarəyə götürülüb. Filmin nümayişinə İsveç Azərbaycan Evi dəstək verəcək. Əsas məqsəd İsveçdə yaşayan soydaşlarımız arasında milli birliyin güclənməsi, gənclər arasında vətənpərvərlik ruhunun inkişafıdır”,deyə E.Eltürk qeyd edib.

P.S Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən azərbaycandilli “Vikipediya”da Son nəfəsədək (film, 2018) haqqında məqalə yaradılıb.

https://az.wikipedia.org/wiki/Son_n%C9%99f%C9%99s%C9%99d%C9%99k_(film,_2018)


Oxunma sayı: 66

Oxşar yazılar