Mursi gizlincə və sıx təhlükəsizlik tədbirləri altında belə dəfn edildi : Misirin hərbi çevrilişlə devrilmiş prezidentinin dəfnindən İLK GÖRÜNTÜLƏR

  • 18 İyn - 2019

Misirin seçki yolu ilə seçilmiş ilk prezidenti Məhəmməd Mursi, 2013-cü ilin iyul ayında hərbi çevrilişlə devrilərək həbs olunmuşdu. 

Avropa.info xəbər verir ki, dünən çıxdığı məhkəmədə Mursi huşunu itirərək dünyasını dəyişdi. 
 

Misir dövlət televiziyası Mursinin ürək xəstəliyindən vəfat etdiyini iddia edib. "Məhəmməd Mursidə xoşxassəli bir şiş vardı, daim həkim nəzarətində saxlanılırdı. Onun ölümünə infarkt səbəb olub" - dövlət telekanalının açıqlamasında belə deyilir.  yaxşı bir şiş idi, daimi tibbi nəzarət altında və onun ölümünə infarkt səbəb olur" deyildi. 



Müsəlman Qardaşlar hərəkatının tərkibində olan Azadlıq və Ədalət Partiyasından edilən açıqlamada isə illərlə həbsxanada saxlanılan Mursinin "yavaş-yavaş" öldürüldüyü və bu işdə bir cinayət olduğu vurğulanıb. "Onu beş ildir tək bir hücrədə saxladılar, dərmanlarını vermədilər, qidalanmasına mene oldular" - partiyadan yayılan açıqlamada belə deyilir. 



Məhəmməd Mursi Qahirənin şərqində yerli vaxtla saat 17:00 radələrində ailəsinin və vəkillərinin iştirakı ilə sıx təhlükəsizlik tədbirləri altında dəfn edilib. Gizlincə baş tutan dəfn mərasimindən xarici medianın fotolar yayması diqqət çəkib. 

Mursinin cənazəsi Qahirənin şərqində, Müsəlman Qardaşlar üzvlərinin dəfn edildiyi Medinet Nəsr bölgəsində torpağa verilib.

Reuters xəbər agentliyinə danışan Mursinin oğlu Abdullah Məhəmməd Mursi, Misir rəhbərliyinin Mursinin məmləkəti olan Əl Adva kəndində cənazə mərasimi keçirilməsinə icazə verilmədiyini deyib. 


Oxunma sayı: 143

Oxşar yazılar